<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Tanrıya həmdlər edirəm,düzgün yolu tapmışam İL262</title>
<lyrics>[V1]
 Tanrıya həmdlər edirəm,düzgün yolu tapmışam,
 İsaya iman edərək, Onu indi tanımışam.

[C1]
   Əsir idim, azad oldum, naçar idim, xoşbəxt oldum,
   Müqəddəs Ruhdan doğuldum, Allahıma övlad oldum.

[V2]
 İsa mənə yol göstərib, zülmətdən nura gətirib,
 Pis əməllərdən döndərib, sakit, rahat həyat verib.

[V3]
 İndi mən azad olmuşam günahın hiyləsindən,
 Yeni həyatı tapmışam, güc almışam, ya Rəbb, Səndən.

[V4]
 İndi artıq dərk edirəm mənə olan mərhəməti,
 İsaya alqış deyərək, Ona verirəm izzəti.</lyrics>
<hymn_number>262</hymn_number>
</song>